...

Alonso: Bakı Şəhər Halqası F1 pilotları arasında öz rəğbətini qazanıb

İdman Materials 26 Aprel 2018 12:20 (UTC +04:00)
Bu, mövsümün ən sürətli şəhər trekidir.
Alonso: Bakı Şəhər Halqası F1 pilotları arasında öz rəğbətini qazanıb

Bakı. Elçin Mehdiyev - Trend:

“Keçən il mövsümün ilk xalını məhz Azərbaycan Qran Prisində qazandıq. Bu həftəsonu da eyni nəticəni təkrarlayacağımızı gözləyirik. Bakı Şəhər Halqası F1 təqvimində yeni olmasına baxmayaraq artıq F1 pilotları arasında öz rəğbətini qazanıb. Bu, mövsümün ən sürətli şəhər trekidir".

Trend-in məlumatına görə, bunu 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində McLaren komandasının pilotu Fernando Alonso deyib.

Onun sözlərinə görə, trekin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir: "Hər yarış həftəsonundan əvvəl bolidlərimizi diqqətlə yoxlasaq da, Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik. Buna baxmayaraq, bolid haqqqında bilik bazamızı artırır və mümkün bütün xalları qazanmaq üçün performansımızı yüksəldəcəyik”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti