...

"Aston Martin Red Bull Racing" pilotları Qobustanda (FOTO)

İdman Materials 27 Aprel 2018 23:19 (UTC +04:00)
Daniel Rikkardo və Maks Ferstappen Qobustan Milli Parkına gedib, kələ-kötür yollarda qeyri-adi yarış keçiriblər.
"Aston Martin Red Bull Racing" pilotları Qobustanda (FOTO)

Bakı. Trend:

Azərbaycan Qran Prisi ərəfəsində Aston Martin Red Bull Racing komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen Qobustan Milli Parkına gedib, kələ-kötür yollarda qeyri-adi yarış keçiriblər.

Trend-in məlumatına görə, Maks sükan arxasında və Daniel sərnişin qismində, yerli avtomobil həvəskarları ilə “LADA Niva 4x4” avtomobillərində yarışıblar.

Maks Ferstappen deyib: "Əyləncəli idi! Çoxlu qayalar var idi, amma günümüz yaxşı keçdi. Həddindən artıq qeyri-adidir ki, Qobustanın belə mənzərəsi dənizə bu qədər yaxın yerləşir, bu doğurdan da gözəldir. Sürməyə gəlincə, bəli, biz yerli uşaqlarla eyni maşınlarda bir az yarışdıq. Onlar, əlbəttə ərazini daha yaxşı bilirdilər, amma mən düşünürəm ki, biz daha sürətli idik.”

Maksın sürməsini şərh edərək, sərnişin qismində olan Daniel etiraf edib ki, baxmayaraq ki, o öz partnyorun bacarıqlarına etibar edir, bir neçə əsəbi an var idi:

"Xoşbəxtlikdən, "LADA"nın öhdəsindən əla gəldi. Hər dəfə Maksı yoldan kənara atanda, mən hiss edirdim ki, o idarə etmənin öhdəsindən gələcək, amma şübhəsiz bir neçə "təhlükəli an" var idi."

Maks deyib ki, öz yoldaşını qorxutmaq istəmirdi: "Mən Danieli qorxutmağa çalışmırdım, amma özüm bilirəm ki, sərnişin kimi oturanda həmişə bir az daha da qorxuncdur, çünki sən vəziyyətə nəzarət etmirsən. Amma, düşünürəm hər şey nəzarət altında idi, "macəralarsız".

Xəbər lenti

Xəbər lenti