...

Məmmədyarov Sinkfild Kubokunda növbəti oyunu keçirib

İdman Materials 23 Avqust 2018 03:31 (UTC +04:00)
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirində ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə görüşüb
Məmmədyarov Sinkfild Kubokunda növbəti oyunu keçirib

Bakı. Tural Turan - Trend:

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirində ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə görüşüb.

Trend-in məlumatına görə, Məmmədyarov beşinci turda amerikalı Hikaru Nakamuranın müqavimətini qıra bilməyib.

Qeyd edək ki, turnirdə keçirilən digər partiyalarda da heç-heçələr qeydə alınıb.

Xatırladaq ki, Sinkfild superturnirində Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) iştirak edirlər.

Hazırda həmyerlimiz turnir cədvəlində Qrişuk, Karlsen, Karuana və Aronyanla birinci yerləri bölüşdürür.

Turnir bir dövrə keçiriləcək və avqustun 27-si başa çatacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti