...

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)

İdman Materials 17 Noyabr 2018 16:41 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasiminin əsas mövzusu Azərbaycanın milli rəqsləri və gimnastika növləri olub.

Açılışda Azərbaycan milli rəqslərinin elementləri ilə gimnastikanın bütün növləri nümayiş etdirilib. Xüsusilə gimnastların lentlərlə çıxışları yadda qalıb.

Gimnastların çıxışı zamanı böyük ekranda Azərbaycanın gözəl təbiəti, əzəmətli dağları göstərilib.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti