Bakı. Tural Turan - Trend:
Avro-2020 seçmə mərhələsində E qrupunda çıxış edən Uels doğma meydanda Slovakiyanı qəbul edib. Trend-in məlumatına görə, oyun ev sahibi komandanın minimal qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 5-ci dəqiqədə D.Ceyms vurub.
Bununla da, Uels və Slovakiya yığmaları 3 xalla toplamaqla 1-2 yerlərdə qərarlaşıblar.