...

Rusiyalı gimnastlar Bakıda Avropa çempionatında aero step proqramında birinci yerə yüksəliblər

İdman Materials 26 May 2019 15:04 (UTC +04:00)
Rusiya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aero step proqramında ən yaxşı nəticəni göstərib.
Rusiyalı gimnastlar Bakıda Avropa çempionatında aero step proqramında birinci yerə yüksəliblər

Bakı. Cani Babayeva - Trend:

Rusiya komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aero step proqramında ən yaxşı nəticəni göstərib.

Trend-in məlumatına görə, rusiyalı gimnastlar 17,700 bal toplayıblar. İkinci yerə Ukrayna təmsilçiləri çıxıb (16,400 bal).

Bu proqramda yalnız iki komanda təmsil olunub.

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.

Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti