Bakı. Trend:
"Yuventus" klubunun və İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurub.
Trend-in məlumatına görə, mətbuat onun səhhətinə görə bu addımı atdığını yazıb.
K.Markizio sonuncu dəfə Rusiyanın "Zenit" klubunun formasını geyinib. Futbolçu yeddi dəfə İtaliya çempionu, 3 dəfə ölkə kubokunu, 4 dəfə isə Superkuboku qazanıb.