...

Messi "Barselona"nın ümumi məşq qrupuna iyunun 8-də qayıdacaq

İdman Materials 7 İyun 2020 23:01 (UTC +04:00)
Messi "Barselona"nın ümumi məşq qrupuna iyunun 8-də qayıdacaq

Bakı. Trend:

"Barselona" futbol klubunun kapitanı Lionel Messinin zədə səbəbindən aldığı müalicəsi başa çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, futbolçu iyunun 8-də "Barselona"nın ümumi məşqlərinə qatılacaq.

Bildirilir ki, argentinalının sağ ayağızədənlənmişdi. Bu səbəbdən L.Messi bir müddət ancaq idman zalında məşq edib, bir qədər əvvəl isə futbolçu meydançada fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, L.Messi altı qat "Qızıl top"un sahibidir. "Barselona"nın heyətində dörd dəfə Çempionlar Liqasının, 10 dəfə İspaniya çempionatının, 6 dəfə İspaniya Kubokunun qalibi olub. 2008-ci ildə Argentina millisi ilə birlikdə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti