...

"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı

İdman Materials 17 Aprel 2021 01:05 (UTC +04:00)
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı

Bakı. Trend:

Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti