...

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 7 May 2021 10:22 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Cani Babayeva - Trend:

Mayın 7-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb.

Trend-in məlumatına görə, yarışların birinci günündə fərdi proqramda təsnifat yarışları keçiriləcək.

Əvvəlcə gimnastlar halqa və toplarla hərəkətləri yerinə yetirəcək. Bundan başqa, qrup hərəkətləri proqramında təsnifat mərhələsi baş tutacaq. Komandalar 5 topla hərəkətləri nümayiş etdirəcək.

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.

Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta "AGF Trophy" kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti