...

"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib

İdman Materials 14 May 2021 14:01 (UTC +04:00)
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib

Bakı. Trend:

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı müəyyənləşib.

Trend xəbər verir ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edirlər. Mahnı "We are the people" adlanır.

Qeyd edək ki, "Avro-2020" bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu "A" qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti