...

Rusiyalı futbolçu Ermənistanda döyülüb

İdman Materials 24 May 2021 10:29 (UTC +04:00)
Rusiyalı futbolçu Ermənistanda döyülüb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın "Pünik" klubunun rusiyalı futbolçusu Anton Kobyalko hücuma məruz qalıb.

Trend-in məlumatına görə, futbolçu "Ararat-Armeniya" klubu ilə görüşdən sonra baş məşqçi ilə mübahisə edib.

Mübahisə zamanı məşqçi Yegişe Melikyana zərbə endirən futbolçu oradan uzaqlaşıb və hava limanına gedib.

Hava limanında Y.Melikyan və klubun baş direktor Kim Arakelyan futbolçunu döyüblər.

İnsident mayın 20-də baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti