...

AVRO-2020: Danimarka Bakıda keçirilən oyunda qələbə qazanaraq yarımfinala yüksəldi

İdman Materials 3 İyul 2021 21:56 (UTC +04:00)
AVRO-2020: Danimarka Bakıda keçirilən oyunda qələbə qazanaraq yarımfinala yüksəldi

Bakı. Trend:

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda sonuncu oyun, dörddəbir final mərhləsinin matçı keçirilib.

Trend-in məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Çexiya və Danimarka millilərinin qarşılaşıblar.

Oyun Danimarka millisinin 2:1 hsablı qələbəsi ilə yekunlaşıb. Danimarkanın heyətində qolları T.Dileyni (5-ci dəqiqə), K.Dolberq (42-ciu dəqiqə) vurublar, Çexiyanın yeganə qolunun müəllifi isə P.Şik (49-cu dəqiqə) olub.

Çempionatın yarımfinalına yüksələn Danimarka millisi bu mərhələdə İngiltərə-Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər matçında İtaliya və İspaniya üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda A qrupunun üç matçı keçirilib. İyunun 12-də ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0, iyunun 20-də İsveçrəyə 3-1 hesab ilə məğlub olub.

Turnirin yarımfinal və final matçları Londonun "Uembli" stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti