...

İtaliya millisi Avro-2020 finalında İngiltərə komandası ilə qarşılaşacaq

İdman Materials 8 İyul 2021 02:06 (UTC +04:00)
İtaliya millisi Avro-2020 finalında İngiltərə komandası ilə qarşılaşacaq

Bakı. Trend:

İngiltərə millisi Avropa çempionatının yarımfinal matçında əlavə vaxtda Danimarkanı 2:1 hesabı ilə məğlub etdi.

Trend TASS-a istinadən xəbər verir ki, görüş Londondakı Uembli stadionunda 64.950 tamaşaçı iştirakı ilə baş tutub.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk qolu 30-cu dəqiqədə cərimə zərbəsindən Danimarka millisinin oyunçusu Mikkel Damsqor vurdu. İngilislər Simon Kyerin (39-cu dəqiqə) avtoqolu sayəsində hesabı bərabərləşdirdilər. Əlavə vaxtda Qarri Keyn komandasına dəqiq zərbə ilə qələbə qaandlrdl (104).

Həlledici qarşılaşmada ingilislər Uembli stadionunda iyulun 11-də italyanlarla görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti