...

Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu

İdman Materials 31 İyul 2021 08:41 (UTC +04:00)
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Amerikalı qadın gimnast Sunisa Linin "İnstagram"da abunəçilərinin sayı 1 milyona çatıb.

Trend-in "TMZ"yə istinadən verdiyi məlumata görə, 18 yaşlı amerikalı gimnast "Tokio-2020" Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülükdə qızıl medal qazanıb.

Qızıl medal qazanana qədər S.Linin "İnstagram"da 250 min abunəçisi olub. S.Li Qızıl medal qazandıqdan sonra bir neçə saat ərzində onun səhifəsinə daha 750 min nəfər abunə olub.

Sunisa Li həmçinin komanda yarışlarında gümüş medal qazanıb.

Qeyd edək ki, fərdi çoxnövçülükdə gümüş medalı braziliyalı Rebeka Andrade, bürünc medalı isə rusiyalı Angelina Melnikova qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti