...

Gimnastımız Slovakiyada keçirilən yarışda gümüş medal qazanıb

İdman Materials 23 Avqust 2021 21:47 (UTC +04:00)
Gimnastımız Slovakiyada keçirilən yarışda gümüş medal qazanıb

Bakı. Trend:

19-22 avqust tarixlərində Slovakiyanın Bratislava şəhərində “Slovak Aerobic Open” adlı yarış təşkil edilib.

Trend-in Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, turnirdə böyüklər yaş kateqoriyasında kişilər arasında Vladimir Dolmatov, qadınların yarışında Nurcan Cabbarlı, 15-17 yaş qrupunda Dilarə Qurbanova və 12-14 yaşlı gimnastlar arasında Məryəm Topçubaşova iştirak edib.

Yarışda ən yaxşı nəticəni son dünya çempionatının finalçısı olan Valdimir göstərərək, fəxri kürsünün 2-ci pilləsində qərarlaşıb. Türkiyə və İndoneziya gimnastları isə müvafiq olaraq 1-ci və 3-cü sırada yer alıblar.

Aerobika gimnastlarının növbəti dayanacağı isə Bolqarıstanın Plovdiv şəhəri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti