...

İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal"ın qapısına dörd cavabsız top vurub

İdman Materials 20 Noyabr 2021 23:57 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal"ın qapısına dörd cavabsız top vurub

Bakı. Trend:

Futbol üzrə İngiltərə çempionatının 12-ci turunda "Liverpul" komandası öz meydanında "Arsenal"ı 4:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş "Enfild" stadionunda baş tutub.

"Liverpul"un heyətində qolları Sadio Mane (39-cu dəqiqə), Dioqo Jota (52), Məhəmməd Salah (73) və Takumi Minamino (77) vurub.

Mikel Artetanın yetirmələri çempionatda səkkiz matç davam edən məğlubiyyətsiz seriyasını dayandırıblar. London klubu 20 xalla Premyer Liqanın turnir cədvəlində beşincidir. "Liverpul" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti