Bakı. Trend:
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsində növbəti oyun baş tutub.
Trend xəbər verir ki, Mərakeş və İspaniya yığmalarının qarşılaşdığı matçda əsas vaxt 0:0 hesablı heç-heçə ilə bitib.
Penalti seriyasına uzana oyunda Mərakeş komandası ispanları üstələyib və 1/4 final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Mərakeş millisinin 1/4 final mərhələsindəki rəqibi Portuqaliya-İsveçrə cütünün qalibi olacaq.