...

Şəkidə gimnastikanın altı növü üzrə birgə yarışlar keçiriləcək

İdman Materials 8 Dekabr 2022 10:32 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-11-də Şəkidəki Olimpiya İdman Kompleksində altı gimnastika növü üzrə birgə yarışlar keçiriləcək.

Trend xəbər verir ki, yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.

Birgə yarışlar çərçivəsində kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın gimnastikası, batut və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı keçiriləcək.

Dekabrın 8-də birgə yarışların ilk günündə bədii və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək. Bədii gimnastikanın “uşaqlar” (2012-2014-cü il təvəllüdlü) yaş kateqoriyası üzrə nümayəndələri aparatsız, halqa və topla, “yeniyetmələr” (2010-2011-ci il təvəllüdlü) halqa, topla hərəkətləri nümayiş etdirəcəklər.

“Uşaqlar” (2014-2015-ci il təvəllüdlü) yaş kateqoriyası üzrə aerobika gimnastikasının nümayəndələri qadın və kişilərin fərdi proqramlarını təqdim edəcək, qarışıq cütlük və üçlük yarışlarında çıxış edəcəklər. "Uşaqlar" (2011-2013-cü il təvəllüdlü) və "yeniyetmələr" (2008-2010) yaş kateqoriyalarında onlar fərdi qadın proqramı nümayiş etdirəcəklər, həmçinin üçəmlər və qrupların tərkibində çıxış edəcəklər. "Gənclər" (2005 -2007) qadınların fərdi proqramında çıxış edəcək,

Kombinə edilmiş yarışların təntənəli açılış mərasimi dekabrın 9-da baş tutacaq, tamaşaçılara dünya gimnastika ulduzlarının iştirakı ilə qala-şou təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti