...

“Sabah” klubu tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb

İdman Materials 3 Aprel 2023 04:33 (UTC +04:00)
“Sabah” klubu tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ”yə qalib gələn (3:2) “Sabah” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Trend-in məlumatına görə, turnir cədvəlində ikinci pillədə olan Bakı təmsilçisi sona səkkiz tur qalmış dördüncü pillədə qərarlaşan “Zirə”ni 27 xal qabaqlayaraq bu hüququ əldə edib.

Hazırda “Sabah”ın 65, “Zirə”nin isə 38 xalı var. Bu isə o deməkdir ki, “Sabah” ən azı 3-cü pilləni özü üçün təmin edib.

Qeyd edək ki, daha əvvəl lider “Qarabağ” da avrokuboklarda iştirak hüququ əldə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti