...

Daha bir futbolçu Qətərə gedir

İdman Materials 26 Avqust 2023 14:43 (UTC +04:00)
Daha bir futbolçu Qətərə gedir

Bakı. Trend:

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Filippe Koutinyo karyerasını Qətərdə davam etdirə bilər.

Trend xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əd-Duhail” onun xidmətində maraqlıdır.

Klub braziliyalı vingerlə müqaviləni razılaşdırıb.

Hələlik “Aston Villa” ilə razılıq əldə edilməyib. “Əd-Duhail” Birminhem təmsilçisi ilə danışıqları davam etdirir.

Qeyd edək ki, keçən ilin yayından “Aston Villa”da çıxış edən Koutinyonun Premyer Liqa klubu ilə hələ üçillik müqaviləsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti