Bakı. Trend:
Azərbaycan I Liqasında mübarizə aparan “Şamaxı” komandası yoxlama oyunu keçirəcək.
Klubdan Trend-ə verilən məlumata görə, bölgə təmsilçisi Türkmənistanın “Nebitçi” komandası ilə qarşılaşacaq.
Sentyabrın 8-də keçiriləcək görüş saat 17:00-da start götürəcək.