...

Azərbaycan cüdoçusu növbəti dəfə Avropa çempionu olub

İdman Materials 5 Noyabr 2023 00:59 (UTC +04:00)
Azərbaycan cüdoçusu növbəti dəfə Avropa çempionu olub

Bakı. Trend:

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ispaniyalı Salvador Kases Roka ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H. Heydərov üçüncü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, bu, Azərbaycanın cüdo yığmasının hazırkı Avropa çempionatında hələlik ilk medalıdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti