...

Milli Gimnastika Arenasında şərait əladır - Küveytdən olan məşqçi

İdman Materials 12 Noyabr 2023 13:42 (UTC +04:00)
Milli Gimnastika Arenasında şərait əladır - Küveytdən olan məşqçi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında şərait əladır. Hər ölkənin bir məkanda dörd məşq meydançası və isinmə otağı təşkil etmək imkanı yoxdur, amma Azərbaycanda şərait heyrətamizdir.

Bu barədə Trend-ə Küveytdən olan bədii gimnastika üzrə məşqçi Viktoriya Fesyuk deyib. Onun yetirmələri Bakıda bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda iştirak edirlər.

"Yarışların təşkilindən məmnunuq, gözəl, rahat atmosferdə olmaq xoşdur. Yarışda Küveytdən 6 gimnast iştirak edir. Hazırda üç idmançımız çıxışını başa vurub, onlardan ikisi fəxri kürsüyə yüksəlib.

Komandamızın baş məşqçisi Bakıda keçirilən sonuncu "Ocaq" kubokunda olub. İlk yarışlar əla keçdi, hamı bundan danışırdı, ona görə də bu il biz daha çox gənc idmançılar daxil olmağa çalışdıq", - deyə o bildirib.

Onun sözlərinə görə, onlar Bakıda keçiriləcək növbəti beynəlxalq turniri səbirsizliklə gözləyəcəklər:

"Burada rəqabət ruhu hiss olunur, rəqabətin olması gözəldir, qızların böyümək imkanı var, daha sonra hansı istiqamətdə inkişaf edəcəklərini görürlər".

Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti