...

Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacaq

İdman Materials 19 Fevral 2024 16:31 (UTC +04:00)
Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacağını açıqlayıb.

Trend xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri AFFA-nın İcraiyyə Komitəsinin yeni heyətində yer almaq istəmədiyini bildirib: “AŞF-nin qarşısında duran mühüm işləri və istedadlı şahmatçılarımızın günü-gündən artdığını nəzərə alaraq, bütün fikrimi şahmata yönəltmək fikrindəyəm. İcraiyyə Komitəsinin heyətinin kimlərdən ibarət olacağı dəqiq deyil. Amma mən birmənalı olaraq getmək istəyirəm”.

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti