...

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final gününə start verilib (FOTO)

İdman Materials 25 Fevral 2024 12:37 (UTC +04:00)
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final gününə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının final gününə start verilib.

Trend xəbər verir ki, yarış gününün proqramına əsasən, medallar uğrunda mübarizəyə ilk növbədə batut üzrə fərdi proqramda çıxış edən gimnastlar başlayacaqlar.

Sonra tamblinq üzrə final yarışları keçiriləcək və burada Azərbaycanı iki gimnast Mixail Malkin və Adil Hacızadə təmsil edəcək. Kişilər arasında tamblinq üzrə final yarışkarı saat 13:45-də başlayacaq.

Yarış gününü batut üzərində sinxron tullanma üzrə proqramda çıxış edən idmançılar başa vuracaqlar.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.

Bakıda keçirilən Dünya Kuboku fərdi batut gimnastları üçün 2024-cü il Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda altı dəst medal təqdim olunacaq. Həmçinin yarışda hər proqram üzrə çıxışına görə ən yüksək bal toplayan gimnastlar AGF Trophy ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti