...

Bakıda sinxron tullanma proqramında Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 25 Fevral 2024 16:56 (UTC +04:00)
Bakıda sinxron tullanma proqramında Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend xəbər verir ki, batut üzərində sinxron tullanma proqramında qaliblərə və mükafatçılara mükafatlar təqdim olunub

Qadınlar arasında batut üzərində sinxron tullanma proqramında Nikol Asinqer və Şayyen Sara Uebster (ABŞ) qızıl, Yunçju Tsao və Sinsin Çjan (Çin) gümüş, Anano Apakidze və Mariam Ragimovi (Gürcüstan) bürünc medal qazanıblar.

Qaliblərə və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikasl üzrə Texniki Komitəsinin üzvü Migel Visente, mərasim meneceri Ruslan Eyvazov, Azərbaycan Gimnastika Federasiyasının (AGF) meneceri Qaşım Hüseynov təqdim ediblər.

Kişilər arasında batut üzərində sinxron tullanma proqramında Veydzyan Fu və Tze Çjou (Çin) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Pirməmməd Əliyev və Danil Musabayev (Qazaxıstan) ikinci, Rayan Makkannan və İsaak Rouli (ABŞ) üçüncü yerə çıxıblar.

Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Kristof Lambert, Azərbaycan Gimnastika Federasiyasının (AGF) menecerləri Surxay Qarayev və Elmira Lalayeva təqdim ediblər.Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib. Yarışda 32 ölkədən gimnastlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti