“Beşiktaş”ın idman direktoru Juninyo üçün Bakıya gəlir

İdman Materials 23 Mart 2024 10:36 (UTC +04:00)

Bakı. Trend:

“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ”ın hücumçusu Olavio Juninyonun transferi üçün mövsüm bitmədən Bakıya gələcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Fotomaç” nəşri məlumat yayıb.

Bildirilir ki, “sambaçı”nı çox bəyənən Aybaba “qara-qartallar”ın rəhbərliyindən razılıq aldıqdan sonra “Qarabağ”la əlaqəyə keçib. Azərbaycan çempionu transfer üçün 8 milyon avro istəsə də, məğləğin endiriləcəyi də vurğulanır. Bu səbəbdən də istanbullular mövsüm bitməmiş braziliyalının keçidini həll etməyi planlaşdırırlar.

Qeyd edək ki, Samet Aybaba Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın “Bayer”lə (2:3) səfər oyununu “BayArena”da izləyib və Juninyo ilə bağlı müsbət rəy verib.

Xəbər lenti

Xəbər lenti