...

Böyüklər arasında gimnastika üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

İdman Materials 23 Mart 2024 21:33 (UTC +04:00)
Böyüklər arasında gimnastika üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında "böyüklər" yaş kateqoriyası üzrə (2008-ci il təvəllüdlü və yuxarı) idmançılar arasında bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend xəbər verir ki, qaliblər və mükafatçılar dörd növdə - lent, halqa, gürz və topla hərəkətlər üzrə müəyyən edilib.

Halqa ilə hərəkətlərdə qızıl medalı Zöhrə Ağamirova, gümüş medalı Alina Məmmədova, bürünc medalını isə İlona Zeynalova qazanıb.

Topla hərəkətlər proqramında İlona Zeynalova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Zöhrə Ağamirova ikinci, Alina Məmmədova isə üçüncü yeri tutub.

Gürzlə hərəkətdə Mədinə Dəmirova qızıl, Zöhrə Ağamirova gümüş, Alina Məmmədova isə bürünc medal qazanıb.

Lent hərəkətlər proqramında birinci yerə Zöhrə Ağamirova, ikinci yerə İlona Zeynalova, üçüncü yerə isə Mədinə Dəmirova layiq görülüb.

Zöhrə Ağamirova, İlona Zeynalova, Mədinə Dəmirova “Ocaq Sport” klubunun yetirmələridirlər, Alina Məmmədova isə Respublika Kompleks İdman Məktəbini təmsil edir.

Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Siyana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Siyana Vasileva, yarışın baş hakimi Natalya Bulanova, Azərbaycan Gimnastika Federasiyasının (AGF) menecerləri Namiq Bədirxanov və Surxay Qarayev təqdim ediblər.

Qeyd edək ki, yarışlar 21-23 mart tarixlərində keçirilir. Yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti