...

Millimizin sabiq hücumçusu zədələnib

İdman Materials 2 Aprel 2024 19:48 (UTC +04:00)
Millimizin sabiq hücumçusu zədələnib

Bakı. Trend:

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov zədələnib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun 33 yaşlı hücumçusu məşqdə xəsarət alıb.

O, komanda yoldaşı Coy Braytfeldlə toqquşub. Hər iki futbolçu zədələnsə də, Rüfət daha ağır zərbə alıb. Hücumçu məşqi yarımçıq tərk edib.

Onun durumuna müayinələrdən sonra aydınlıq gələcək. Dadaşovun yarım il müddətinə meydanlardan kənar qalmaq təhlükəsi də var.

Qeyd edək ki, Regionalliqa təmsilçisi aprelin 5-də “Herta-2” ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti