...

Azərbaycanda olan qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçirilib

İdman Materials 23 May 2024 19:48 (UTC +04:00)
Azərbaycanda olan qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçirilib

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələrinin və səfirliyin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev, ABŞ səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci, “Qız kimi güləş” təşkilatının nümayəndəli Tela Baçer, ABŞ Arkanzas güləş təşkilatının sədri Kristi Man iştirak ediblər.

MOK rəsmisi bildirib ki, ABŞ Dövlət Departamenti tərəfindən gözəl layihə həyata keçirilir və idman vasitəsilə iki ölkə arasında əlaqələrin yaradılması çox yaxşı bir addımdır.

Musayev 8 nəfərlik heyətimizin Amerikada təcrübə proqramına qatıldığını xatırladıb. O, qonaqların ölkəmizin müxtəlif regionlarında olduqlarını da deyib.

Zenci, Baçer və Man səfərin əhəmiyyətindən, idman mübadiləsi proqramının vacibliyindən söz açıblar. Onlar bildirib ki, qarşılıqlı əməkdaşlıq faydalı olacaq.

Görüşdə qadın güləşinin perspektivləri və problemləri barədə də fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti