...

Formula 1 komandalarının üçüncü sərbəst yürüşləri zamanı bolidlərin birində texniki problem yarandı (FOTO)

İdman Materials 14 Sentyabr 2024 12:51 (UTC +04:00)
Formula 1 komandalarının üçüncü sərbəst yürüşləri zamanı bolidlərin birində texniki problem yarandı (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 1 komandalarının üçüncü sərbəst yürüşləri zamanı bolidlərin birində texniki problem yaranıb.

Trend-in məlumatına görə, qırmızı bayraq qaldırılıb və bolid trekdən kənarlaşdırılıb.

Texniki problem "BWT Alpine" komandasının pilotu Esteban Okonun idarə etdiyi boliddə aşkarlanıb.

Qısa fasilədən sonra Esteban Okon sınaq yürüşünu davam etdirib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Xəbər lenti

Xəbər lenti