Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, günə Bakıda start veriləcək.
"Səbail" öz meydanında "Sabah"ı qəbul edib. Mövsümə uğursuz start verən "dəmiryolçular" növbəti dəfə məğlub olublar. 6 qol vurulan qarşılaşmada "Sabah" 2-4 hesabı ilə qalib gəlib.
Oyunda qolları Amir Bilali (`4), Rüfət Abdullazadə (38`), Coy Lens Mikels (8`), İvan Lepiniça (21`), Cesse Sekidika (26`), Pavol Safranko (76` pen.) vurublar.
"Sumqayıt" doğma meydanda "Zirə"ni sınağa çəkəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma saat 20:30`da başlayacaq.
xxx
09:23
Bu gün Azərbaycan Premyer Liqasının VII turunun oyunları başa çatacaq.
Trend-in məlumatına görə, günün ilk görüşü "ASCO Arena"da baş tutacaq.
Saat 18:00-da start götürəcək oyunda "Səbail" "Sabah" komandasını qəbul edəcək.
Turun son qarşılaşması isə "Sumqayıt" və "Zirə" komandaları arasında keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 20:30-da başlayacaq oyunla turun pərdəsi bağlanacaq.
Xatırladaq ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.