Bakı. Trend:
Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında boks üzrə İBA Çempionlar Gecəsinə start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, tədbir “Natiq” ritm qrupunun çıxışı ilə başlayıb.
Rinqə ilk olaraq Sərxan Əliyev (71 kq) Monqolustan təmsilçisi Monx-Erdene Urançimeq çıxıb. Boksçumuz görüşü qələbə ilə başa vurub.
İBA Çempionlar Gecəsinin ikinci döyüşündə Nicat Hüseynov (51 kq) Con Zuluetanı (Filippin) məğlub edib.
Boksçumuz Məhəmmədrəsul Məcidov (+92 kq) isə Nursultan Amanjolovdan (Qazaxıstan) güclü olub.
Qeyd edək ki, yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunur.