...

Avropa Liqası: “Qarabağ” öz meydanında uduzub (VİDEO)

İdman Materials 3 Oktyabr 2024 22:44 (UTC +04:00)
Avropa Liqası: “Qarabağ” öz meydanında uduzub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzə gəliblər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Çempionumuz erkən qol vursa da, qonaqlar iki dəfə fərqləniblər.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.

Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö” - 1:2
Qollar: Olavio Juninyo, 15 - Erik Botheim, 19; 47

Məqalədə:
Xəbər lenti

Xəbər lenti