...

Qələbə Türkiyəni vahid lider edib - Millətlər Liqası

İdman Materials 12 Oktyabr 2024 01:04 (UTC +04:00)

Bakı. Trend:

Millətlər Liqasının III turu davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 matç baş tutub

A liqasında qrup liderləri Almaniya və Niderland səfər görüşlərinə çıxıblar. Almanlar Bosniya və Herseqovinaya qalib gəlsələr də, "narıncılar" Macarıstan səfərindən 1 xalla dönüblər.

Türkiyə yığması B liqasında Monteneqro ilə üz-üzə gəlib. Yeganə qolla qalib gələn "ay ulduzlular" vahid lider olublar.

Azərbaycan millisi Estoniyanın qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupumuzun digər matçında Slovakiya İsveçlə heç-heçə oynayıb.

Qeyd edək ki, III tura oktyabrın 12-də yekun vurulacaq.

Millətlər Liqası
III tur, 11 oktyabr

A liqası, III qrup
22:45. Bosniya və Herseqovina - Almaniya - 1:2
22:45. Macarıstan – Niderland - 1:1

Xəbər lenti

Xəbər lenti