...

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada Avropa Kubokunda daha 2 medal qazanıb (FOTO)

İdman Materials 16 Mart 2025 12:26 (UTC +04:00)
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada Avropa Kubokunda daha 2 medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha 2 medal qazanıblar.

Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayeva (44 kq) bürünc medala layiq görülüblər.

Beləliklə, cüdoçularımızın Avropa Kubokunda qazandıqları medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) yarışın qızıl medalını əldə etmişdi.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.

Xəbər lenti

Xəbər lenti