Bakı. Trend:
Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Trend xəbər verir ki, Fernandu Santuşun yetirmələri Belarus yığması ilə qarşılaşıb.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edirdi.
Oyun Belarus yığmasının 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.