...

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazanıblar

İdman Materials 6 Aprel 2025 00:30 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznan şəhərində keçirilən Avropa Kubokunun ilk günündə uğurlu çıxış edib.

Trend xəbər verir ki, millimizin dörd idmançısı fəxri kürsüdə yer almağı bacarıb.

60 kq çəki dərəcəsində iki cüdoçumuz medala sahib çıxıb. Fərid Qarayev bütün rəqiblərinə qalib gələrək, kürsünün ən yüksək pillədə yer alıb. Nihad Məmişov isə Avropa Kubokunda bürünc medal qazanıb.

Məhəmməd Musayev (66 kq) yarışda birinci olub. Abil Yusubov (73 kq) Avropa Kubokunda bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.

Xəbər lenti

Xəbər lenti