...

Cənubi Koreyada meşə yanğını ilə mübarizə apararkən helikopter qəzası baş verib

Dünya xəbərləri Materials 6 Aprel 2025 14:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikasının Tequ şəhəri yaxınlığında meşə yanğını ilə mübarizə apararkən bir helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, qəza nəticəsində helikopterin pilotu dünyasını dəyişib.

Yonhap xəbər agentliyinin məlumatına görə, helikopterdə yalnız pilot olub və o, yanğın yerindən təxminən 100 metr məsafədə qəzaya uğrayıb. Hadisə baş verdikdən sonra yanğın söndürülüb.

Bundan əvvəl, martın 26-da, Koreyanın Iyson qraflığında baş verən analoji fövqəladə hadisə nəticəsində helikopter qəzaya uğrayaraq, pilotun həyatını itirdiyi bildirilmişdi.

Bu hadisədən əvvəl Koreya Respublikasının cənub-şərqində baş verən meşə yanğınları nəticəsində 31 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti