...

Tramp Avropa və Asiya liderləri ilə rüsumlarla bağlı danışıqlar aparıb

Dünya xəbərləri Materials 7 Aprel 2025 07:42 (UTC +04:00)
Tramp Avropa və Asiya liderləri ilə rüsumlarla bağlı danışıqlar aparıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp həftə sonu Avropa və Asiya liderləri ilə ABŞ-nin rüsumları ilə bağlı danışıqlar apardığını bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən bir çox Avropa və Asiya [liderləri] ilə danışmışam. Onlar [ticarət] müqaviləsini bağlamaq üçün can atırlar", - deyə o bildirib.

ABŞ prezidentinə Vaşinqton bürokratiyasının azadılmasında məsul olan İlon Maskın təklif etdiyi kimi, Avropa ilə sıfır tarifləri istəməsi ilə bağlı sual verilib.

"Avropa bizdən sərvət qazandı, Avropa bizimlə çox pis rəftar etdi. Onlar danışıqlar masasına otururlar. Danışmaq istəyirlər, amma illik olaraq bizə külli miqdarda pul ödəməyənə qədər danışıqlar olmayacaq", - deyə D.Tramp qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti