...

Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olunub

Cəmiyyət Materials 7 Aprel 2025 15:54 (UTC +04:00)
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Trend-in sorğusuna cavab olaraq bildirib.

Qeyd edib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

"Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti