Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXIX turun növbəti oyunu keçirilib.
Trend xəbər verir ki, “Neftçi” Şamaxıda eyniadlı komanda ilə qarşılaşıb.
Şamaxı şəhər stadionunda təşkil olunan görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində yeganə qolları 42-ci dəqiqədə Ramil Şeydayev (penalti) və 89-cu dəqiqədə Filip Ozobiç vurublar.
Bu nəticədən sonra “Neftçi” 35 xalla 6-cı, “Şamaxı” isə 28 xalla 8-ci pillədə qərarlaşıb.
Turun son matçında “Sumqayıt” “Araz-Naxçıvan”nın qonağı olacaq. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarında "Kəpəz" "Sabah"a, "Qarabağ" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Turan Tovuz" görüşündə isə qapılara qol vurulmayıb.