...

Avrozonada investorların inam indeksi kəskin geriləyib

Dünya xəbərləri Materials 7 Aprel 2025 21:39 (UTC +04:00)

Bakı. Trend:

Avrozonada investorların inam indeksi kəskin geriləyib.

Trend xəbər verir ki, mart ayında mənfi 2,9 olan investorların inam indeksi apreldə 16,7 bənd azalaraq mənfi 19,5 olub. Beləliklə, investorların inam indeksi 2023-cü ilin oktyabr ayından bu vaxtadək ən aşağı səviyyəyə enib. Bazar proqnozları isə indeksin mənfi 8,9 səviyyəsinə geriləyəcəyi istiqamətində idi.

İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də mənfi 15,8-ə geriləyib. Bu da 2023-cü ilin oktyabrından bəri ən aşağı göstəricidir.

Ekspertlərin fikrincə, inam indeksindəki bu aşağı istiqamətli kəskin dəyişmə bazarlardakı qeyri-müəyyənlik və ABŞ-ın tarif siyasəti fonunda baş verib.

Xəbər lenti

Xəbər lenti