...

Aİ Trampın gömrük rüsumlarına sərt cavab tədbirləri hazırlayır

Dünya xəbərləri Materials 7 Aprel 2025 11:11 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən Avropa istehsalı olan polad və alüminiuma tətbiq olunan rüsumlara cavab tədbirlərini 9 aprel tarixinədək hazırlayacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.

"Görünən odur ki, Aİ Trampın polad və alüminiuma tətbiq etdiyi rüsumların öncəki mərhələsinə artıq çərşənbə günü cavab verməyə hazırdır", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, cavab tədbirləri ilə bağlı müzakirələrdə əksər Aİ üzv dövlətlərinin onun leyhinə səsverəcəyi gözlənilir.

KİV yazır ki, Avropa Komissiyası Vaşinqtonun Aİ-dən idxal olunan polad və alüminiuma tətbiq etdiyi tariflərə cavab olaraq əlavə rüsumlarla tətbiq olunacaq ABŞ məhsullarının siyahısını təklif edəcək. Bu siyahıya ət, taxıl məhsulları, şərab, taxta, geyim, eləcə də tozsoranlar, saqqız, diş sapı, tualet kağızı və brilliantlar daxil olacaq.

Bundan əlavə, siyahıya ABŞ istehsalı olan burbon da daxil edilə bilər. Avropa Komissiyası bu içkiyə 50%-lik rüsum tətbiq etməyi planlaşdırır, Tramp isə cavab olaraq Avropa spirtli içkilərinin hamısına 200%-lik rüsum tətbiq edəcəyi ilə hədələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti