...

Azərbaycan Çindən nərə balığı kürüsünün kiloqramını 513 manata alır

İqtisadiyyat Materials 7 Aprel 2025 15:19 (UTC +04:00)
Azərbaycan Çindən nərə balığı kürüsünün kiloqramını 513 manata alır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Çindən Azərbaycana 580 kiloqram nərə balığı kürüsü idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu miqdarda kürünün idxalına çəkilən xərcin dəyəri 175,2 min ABŞ dolları olub.

Çindən nərə balığının kürüsünün idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 70 kiloqram və ya 13,7%, dəyər ifadəsi ilə 21 min dollar, yaxud da 13,6% artıb.

Belə ki, ötən ilin yanvarında Azərbaycana Çindən 510 kiloqram miqdarında, 154,2 min ABŞ dolları dəyərində nərə balığı kürüsü idxal edilib.

Bu il Çindən alınan nərə balığının kürüsünün bir kiloqram üçün orta qiyməti 302 ABŞ dolları (513,5 manat) olub ki, bu da, illik müqayisədə dəyişməyib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Albaniyaya və Birləşmiş Ərəb Əmirliklərinə nərə balığının kürüsü ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti