...

Yanvar-mart aylarında aktiv məşğulluq tədbirləri ilə əhatə olunan şəxslərin sayı məlum oldu

Cəmiyyət Materials 7 Aprel 2025 12:05 (UTC +04:00)
Yanvar-mart aylarında aktiv məşğulluq tədbirləri ilə əhatə olunan şəxslərin sayı məlum oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-mart aylarında 84,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-mart aylarında 84,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

"Onlardan 27,2 min şəxs münasib işlərlə təmin olunub. 1195 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına, 1221 işsiz şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 55,1 min şəxsə peşəyönümü xidmətlər göstərilib",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti