...

Paytaxt rayonlarında narkotik vasitə aşkarlandı

Hadisə Materials 7 Aprel 2025 11:59 (UTC +04:00)
Paytaxt rayonlarında narkotik vasitə aşkarlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis Nəsimi və Sabunçu rayonlarında narkotik vasitə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

"Daxil olmuş məlumat əsasında Sabunçu və Yasamal rayonları ərazisində keçirilən əməliyyatlar nəticəsində C.Qafarlı, E.Ələkbərov və H.Abdulgəlimov saxlanılıb. Onların üzərindən 1 kiloqrama yaxın narkotik vasitə olan metamfetamin, marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti