...

Deputatlar Buxarestdə QDİƏT PM-in iclasında iştirak edəcəklər

Siyasət Materials 7 Aprel 2025 12:19 (UTC +04:00)
Deputatlar Buxarestdə QDİƏT PM-in iclasında iştirak edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova aprelin 8-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlar səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak edəcəklər, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Səfər aprelin 10-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti