Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 5 qramlıq, 750 əyarlı qızıl üzüyün orta satış qiyməti 736,85 manat olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 137,28 manat və ya 22,9% bahadır.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 5 qramlıq, 750 əyarlı qızıl üzüyün orta satış qiyməti 599,57 manat idi.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda 478,3 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 214,7 kiloqram və ya 81,4% artıb. Mart ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 160,4 kiloqram olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan 40,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 milyon ABŞ dolları və ya 5,9 dəfə çoxdur.